Bank Of Baku

Saxta endirim kampaniyasının qarşısı alınıb

Saxta endirim kampaniyasının qarşısı alınıb
# 26 yanvar 2012 16:19 (UTC +04:00)
Bakı - APA-Economics. Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 25, 1978-ci məhəllədə Albina Yefimovaya məxsus mağazada aparılan yoxlama zamanı mağazada “Bütün qadın mallarına 50% endirim” qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, satışda olan qadın mallarına heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR