Bank Of Baku

Gələn ay Hindistan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gələn ay Hindistan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 27 yanvar 2012 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Hindistan səfiri Debnat Şou Hindistanın Milli Günü münasibətilə təşkil olunmuş qəbul mərasimində deyib. Səfərdə məqsəd iki ölkə arasında iqtisadi əməkdaşlığı möhkəmlətməkdir.

Debnat Şou ölkəsinin müstəqillik əldə etdiyi müddətdə qlobal arenada özünə layiq yer tutduğunu deyib. Azərbaycanla ikitərəfli əməkdaşlıqdan danışan səfir hər iki ölkədə səfirliklərin fəaliyyətə başlamasının iqtisadi, siyasi, humanitar sahələrdə əməkdaşlığı canlandırdığını bildirib. Səfirini sözlərinə görə, ilin ilk yarısında Bakıda Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcək. Qeyd edək ki, komissiyanın ilk iclası 2009-cu ildə Nyu-Dehlidə keçirilib. Komissiyaya Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR