Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Xocavənd sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xocavənd sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 27 yanvar 2012 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xocavənd rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Xocavənd rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq təsərrüfatının, çörək istehsalı müəssisəsinin, tikiş sexinin və plitə daşları (tamet) istehsalı sexinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR