Bank Of Baku

Azərbaycan sahibkarları və menecerləri Almaniyada ixtisasartırma kursunda iştirak edəcək

Azərbaycan sahibkarları və menecerləri Almaniyada ixtisasartırma kursunda iştirak edəcək
# 27 yanvar 2012 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi «Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı» çərçivəsində sahibkarların və menecerlərin 2012-ci ildə Almaniyada «İqtisadi kooperasiya» üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.
Namizədlərin ali təhsilli (bakalavr və ya magistr dərəcəsi), menecment sahəsində azı 1 il iş təcrübəsinin olması, yaşı 45-dən çox olmaması, ingilis və ya alman dillərinin bilməsi vacibdir. Belə ki, tədris ingilis və ya alman dilində aparılacaq.
Almaniyada keçiriləcək ixtisasartırma kursu treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması) və şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq) mərhələlərindən ibarət olacaq. İxtisasartırma kursu cari ilin iyun-iyul aylarında keçiriləcək.
İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir. Bu ilin mart ayında Almaniyanın GİZ təşkilatının mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.
Əlaqə telefonu: (012) 431-39-07, 430-93-22.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR