Bank Of Baku

Türkiyəli nazir: “Fransız sahibkarların bütün investisiyaları Türkiyənin himayəsi altında olacaq”

Türkiyəli nazir: “Fransız sahibkarların bütün investisiyaları Türkiyənin himayəsi altında olacaq”
# 27 yanvar 2012 13:01 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa Türkiyə iqtisadiyyatında mühüm rol oynayan ölkələrdən biridir. “APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan açıqlama verib.

Onun sözlərinə görə, Fransa şirkətləri çoxlu sayda Türkiyə vətəndaşının məşğulluğunu təmin edir: “Ona görə də fransız sahibkarların bütün investisiyaları Türkiyənin himayəsi altında olacaq”.

Nazir fransız sahibkarların da Fransada “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul olunmasından narazı olduqlarını vurğulayıb: “Türkiyə şirkətlərinə gəlincə, Fransa şirkətləri işləyib-işləməməyi onlar özləri seçəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR