Bank Of Baku

Putin Medvedevin iqtisadi islahatlarını tənqid edib

Putin Medvedevin iqtisadi islahatlarını tənqid edib
# 30 yanvar 2012 11:10 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri, ölkə prezidentliyinə namizəd Vladmir Putin prezident Dmitri Medvedevin həyata keçirdiyi iqtisadi islahatları qeyri-məqbul sayır. “APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə V.Putin seçkiqabağı proqram çərçivəsində nəşr olunan məqaləsində bildirib.

Onun fikrincə, son illər prezident D.Medvedevin təşəbbüsü ilə ölkədəki işgüzar mühitin yaxşılaşdırılmasına yönəlmiş islahatlar həyata keçirilsə də, əhəmiyyətli irəliləyişlər müşahidə olunmayıb: “Biz yurisdiksiya rəqabətində uduzuruq - Rusiyada çalışan biznes öz mülkiyyətini və sövdələşmələrini xaricdə qeydə aldırır”.

Baş nazir bunun səbəbinin vergi sistemi ilə bağlı olduğunu düşünür: “Başlıca problem şəffaflıq çatışmazlığı və sistemli korrupsiyadır. Sahibkar üçün rasional yanaşma qanuna riayət etmək deyil, himayəçi tapıb sövdələşməkdir. Ona görə də ədalətli rəqabətdə qalib gəlməyə hazır olan biznes üçün şərait yaratmalı, biznes fəaliyyətinə dövlət nəzarəti ideologiyasını dəyişdirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR