Bank Of Baku

Bu ilin ilk ayında Azərbaycanda 161 sahibkara 12,5 mln. manat güzəştli kredit verilib

Bu ilin ilk ayında Azərbaycanda 161 sahibkara 12,5 mln. manat güzəştli kredit verilib
# 31 yanvar 2012 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayı ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 161 sahibkara 12,5 mln. manat güzəştli kredit verilib. “APA-Economics”in xəbərinə görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, bu kreditlərin verilməsi geri qaytarılan kreditlər hesabına mümkün olub, dövlət büdcəsindən ayrılan 90 mln. manata isə hələlik toxunulmayıb.

Ş.Abdullayev qeyd edib ki, 2012-ci il ərzində sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə 200 mln. manat ayrılması planlaşdırılır: “Bunun 110 mln. manatı geri qaytarılmış kreditlər, 90 mln. manatı isə dövlət büdcəsindən ayrılmış vəsait hesabına olacaq. Mexanizmin təkmilləşdirilməsi nəticəsində Fond tərəfindən verilən kreditlərin həcmi ötən ilki kimi çox ola bilər”.

Qeyd edək ki, ötən il SKMF tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə öncədən nəzərdə tutulduğu kimi 125 mln. manat deyil, 138 mln. manat vəsait ayrılıb. Artım geri qaytarılmış kreditlər hesabına baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR