Bank Of Baku

Ələt qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Ələt qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 31 yanvar 2012 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Qaradağ rayonunun Ələt qəsəbəsində İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, ötən il Bakı qəsəbələrində 210 investisiya layihəsinin maliyyələşdirilməsinə 35 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 27 investisiya layihəsinin maliyyələşdirilməsinə 32,4 mln. manat və 183 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2,6 mln. güzəştli kredit ayrılıb. Bu layihələrin maliyyələşdirilməsi hesabına 1500-ə yaxın yeni iş yeri yaradılacaq.

Ş.Abdullayev qeyd edib ki, ötən il verilən güzəştli kreditlərin 25%-i Bakı qəsəbələrinin payına düşüb ki, 2012-ci ildə bu göstərici əhəmiyyətli dərəcədə artacaq.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 4,1 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən ət emalı, müasir quşçuluq təsərrüfatı və çörək istehsalı müəssisələrinin yaradılmasına yönəldiləcək, nəticədə 130-dan çox yeni iş yerinin yaradılması təmin ediləcək.

Qeyd edək ki, ötən il SKMF tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə öncədən nəzərdə tutulduğu kimi 125 mln. manat deyil, 138 mln. manat vəsait ayrılıb. Artım geri qaytarılmış kreditlər hesabına baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR