Bank Of Baku

Bakının «Sofulu» Ticarət Mərkəzində satışda saxta zinət əşyaları tapılıb

Bakının «Sofulu» Ticarət Mərkəzində satışda saxta zinət əşyaları tapılıb
# 31 yanvar 2012 10:13 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən bu Ticarət Mərkəzində aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 3 515 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Həmçinin, məlum olub ki, alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 30%-nin əyarları, məmulatın üzərində qeyd edilən əyardan aşağıdır.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR