Bank Of Baku

SKMF Qaradağda maşınqayırma zavodlarının yaradılmasını maliyyələşdirmək fikrindədir

SKMF Qaradağda maşınqayırma zavodlarının yaradılmasını maliyyələşdirmək fikrindədir
# 31 yanvar 2012 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağda maşınqayırma zavodlarının yaradılmasını maliyyələşdirmək fikrindədir. “APA-Economics”in xəbərinə görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, ötən il SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilən 3 iri sənaye müəssisəsi istifadəyə verilib. Bunlar Qaradağda fəaliyyət göstərən Mərmər-qranit zavodu, Müasir tikinti materialları zavodu və Əhəng zavodudur.

“Bu il SKMF dəmir konstruksiyaları zavodunun maliyyələşdirilməsini həyata keçirib. Həmin zavod bu il istifadəyə veriləcək. Eyni zamanda biz Qaradağda maşınqayırma zavodların yaradılmasını maliyyələşdirmək fikrindəyik” - deyə Ş.Abdullayev qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR