Bank Of Baku

Rusiyada biznes ombudsmanı institutu yaradılacaq

Rusiyada biznes ombudsmanı institutu yaradılacaq
# 02 fevral 2012 13:40 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada bütün sahibkarların hüquqlarının qorunması üzrə müvəkkil (biznes ombudsmanı) institutu yaradılacaq. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putin “Rusiya 2012” investisiya forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, biznes ombudsmanına xüsusi prosessual status veriləcək ki, bu da ölkədə investisiya mühitini yaxşılaşdırmağa kömək edəcək.

“Yeni ombudsman sahibkarların hüquqlarını məhkəmədə qoruya, qurumların normativ aktlarının icrasını məhkəmənin qərarına qədər dayandıra biləcək” - deyə baş nazir söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR