Bank Of Baku

Vladimir Putinin əmisi oğlu öz biznesini qurmağa başlayır

Vladimir Putinin əmisi oğlu öz biznesini qurmağa başlayır
# 03 fevral 2012 09:13 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya baş naziri Vladimir Putinin əmisi oğlu İqor Putin “Surqutborukəməritikinti” şirkətinin prezidenti postundan istefa verib. “APA-Economics”in xəbərinə görə, İ.Putin “Kommersant”a müsahibəsində öz biznes layihələri ilə məşğul olmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, əsas layihələrdən biri səhmlərinin 51%-nə sahib olduğu “Enerqiya NPK”-dır. Şirkət “Rusiya Dəmir Yolları” üçün akkumulyator batareyaları gətirəcək. Bundan başqa, İ.Putin daha altı şirkətin sahibidir: “Amma mənim onlarda rolum səhmlərinə nominal sahibliyimlə məhdudlaşır”.

İ.Putin həmçinin Murmanskın 60 km-də “Peçenqa” beynəlxalq dəniz ticarət limanının tikintisi ilə də məşğul olmağı planlaşdırır. Bu layihəyə ötən əsrin 90-cı illərinin ortalarında başlansa da, sona çatdırılmayıb. O, layihəni Oman sultanlığının maliyyələşdirəcəyini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR