Bank Of Baku

Rusiyalı oliqarx: “Mobil telefonum yoxdur”

Rusiyalı oliqarx: “Mobil telefonum yoxdur”
# 03 fevral 2012 10:46 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya prezidentliyinə namizəd, milyarder Mixail Proxorov mobil telefondan istifadə etmir, həftədə bir dəfə səhər yeməyi yeyir, 1995-ci ildən maşın sürmür və kostyumlarını bir dərziyə tikdirir.

APA-Economics”in xəbərinə görə, M.Proxorov “Moskovskiye novosti” qəzetinə müsahibəsində bildirib ki, işdə də, avtomobildə də stasionar telefonlardan istifadə edir: “Özümü müasir insan saymağım üçün “iPad”dan istifadə edirəm”.

Gündəlik qrafikindən danışan oliqarx cəmi 6 saat yatdığını və 20 dəqiqə idman etdiyini söyləyib: “Heç vaxt səhərlər yemək yemirəm, dərhal işə gedirəm və orda çay içirəm. Görüş prosesində buterbrod da yemək olar. Klassik səhər yeməyim isə ya olmur, ya da həftədə bir dəfə olur”.

M.Proxorov qeyd edib ki, çoxlu pulun olması insana xeyli əlavə vaxt qazandırır: “Deyirlər ki, insan vaxtının 60%-ni məişət problemlərinin həllinə sərf edir. Mənimsə məişətim yoxdur, ona görə hər zaman başqa işlərlə məşğulam”.

Milyarder kostyumlarını almadığını da etiraf edib: “Mənim boyum qeyri-standart olduğu üçün 15 ildir bir dərzinin xidmətindən istifadə edirəm”.

M.Proxorovun uzun illik daha bir adəti var: “Mən 1995-ci ildən - tıxaclar başlayandan bəri sükan arxasına oturmuram. Ona görə də avtomobildə olanda da işlə məşğulam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR