Bank Of Baku

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti yeni müəssisə yaradır

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti yeni müəssisə yaradır
# 03 fevral 2012 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti yeni müəssisə təsis edib.

Azərbaycan Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayında təsisçisi Xəzər Beynəlxalq İnvestisiya Şirkəti olan «Tarla» MMC dövlət qeydiyyatından keçib. Yeni şirkətin nizamnamə kapitalı 500 min manat təşkil edir. Şirkətə Cəfərov Mahmud rəhbərlik edəcək.

«Tarla» MMC-nin Müşahidə Şurasının üzvləri Orxan Ağalarov, Toğrul Köçərli və Fərhad Hacınskidir.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankının struktur vahidi) birgə təsis etdiyi Xəzər Beynəlxalq İnvestisiya Şirkəti 2008-ci ilin mart ayında Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkət əsasən logistika, aqro-biznes, biznes və ticarət mərkəzlərin inşası, ofis mebeli istehsalı, mehmanxana və soyuducu anbarların tikintisi sahələrinə maraq göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR