Bank Of Baku

Binəqədi rayonunda qanunsuz ət satışı aşkarlanıb

Binəqədi rayonunda qanunsuz ət satışı aşkarlanıb
# 06 fevral 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımı hallarının qarşısının alınması məqsədilə Bakı və regionlarda ətin qiymətinin monitorinqini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində Əli Hacıyevə məxsus «Ət bazarı» adlandırılan ticarət mərkəzində aparılan yoxlama zamanı satılan heyvanların mənşəyini və alış qiymətini təsdiq edən sənədlərin olmadığı, habelə mal və qoyun ətinin regionlarda diri heyvanların satış qiyməti ilə müqayisədə heç bir iqtisadi əsası olmadan xeyli yüksək qiymətə təklif edildiyi müəyyənləşdirilib.

Bundan başqa, ticarət mərkəzində ət satışı zamanı müvafiq dövlət orqanları tərəfindən yoxlanılmamış və kalibrlənməmiş tərəzilərdən istifadə olunduğu da aşkar edilib.

«Araşdırmalar davam etdirilir və nəticələrdən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR