Bank Of Baku

Azərbaycanda 12 minə yaxın sahibkar elektron qeydiyyata alınıb

Azərbaycanda 12 minə yaxın sahibkar elektron qeydiyyata alınıb
# 06 fevral 2012 15:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda fərdi sahibkarların elektron qeydiyyatına başlanandan indiyədək 12 minə yaxın fiziki şəxs sahibkar kimi qeydiyyata alınıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il iyulun 1-dən ilin sonunadək olan 6 ay ərzində 10 075 fərdi sahibkar elektron qaydada təqdim etdiyi ərizəyə əsasən qeydiyyata alınıb və onlara VÖEN verilib.

Həmin dövrdə elektron üsulla aparılmış qeydiyyatın xüsusi çəkisi 31,4% olub. Bu ilin əvvəlindən isə artıq 1 617 fərdi sahibkar elektron qeydiyyata alınıb ki, bunların da ümumi qeydiyyatda xüsusi çəkisi 47,1% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR