Azərbaycanda hüquqi şəxslən elektron qeydiyyatı rüsumsuz aparılacaq
Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, hüquqi şəxslərin dövlət qeydiyyatının tətbiq edilməsi nəticəsində biznesə başlamaq üçün 6 prosedura əvəzinə cəmi 3 prosedura yerinə yetiriləcək, qeydiyyat üçün tələb olunan sənədlərin sayı isə 7-dən 2-ə endirilib. Yəni, təsisçi sistemə cəmi 2 məlumat daxil edir, digər məlumatlar isə sistem tərəfindən yerləşdirilir. Belə ki, elektron qeydiyyat zamanı yeni yaradılacaq şirkətin nizamnaməsi, ərizə və yaradılma barədə qərar sistem tərəfindən avtomatik şəkildə qoşulur.
Bundan başqa, qeydiyyat zamanı fiziki şəxslər yalnız şəxsiyyət vəsiqəsinin PIN kodunu təqdim edirlər, qalan məlumatları bu PIN kod əsasında sistem özü doldurur və s. Nəticədə, qeydiyyat zamanı hüquqi ünvanın təsdiqinə, sənədlərin notarial təsdiqinə, nizamnamə kapitalının ödənilməsi üçün müvəqqəti bank hesabının açılmasına sərf edilən vaxta qənaət ediləcək.
Bununla əlaqədar olaraq hüquqi şəxslərin qeydiyyatı bir neçə gün əvəzinə cəmi bir neçə dəqiqəyə başa çatacaq. Qaydalara görə, təsisçisi bir fiziki şəxs olan yerli investisiyalı hüquqi şəxslərin elektron qeydiyyatı sürətli şəkildə aparıla bilər. Bu zaman qeydiyyat prosesi cəmi 5 dəqiqə davam edir.
Təsisçilərin sayı 1-dən artıq olan hüquqi şəxslərin qeydiyyatı zamanı, eləcə də hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçiləcək. Bu proses isə 20 dəqiqədən 3 günədək davam edə bilər.
Təqdimat mərasimində bildirilib ki, hüquqi şəxslərn elektron qeydiyyatının tətbiqi ilə əlaqədar olaraq ölkə qanunvericiliyinə - iki qanun və iki məcəllədə dəyişikliklər edilib. Belə ki, elektron qeydiyyat üçün dövlət rüsumu yoxdur. Elektron qeydiyyat zamanı nizamnamə kapitalın dərhal ödənilməsinə də ehtiyac qalmır, bunun üçün təsisçilərə 3 ay vaxt verilir və qeydiyyat başa çatandan sonra 3 ay ərzində nizamnamə kapitalı banklar vasitəsilə ödənilə bilər.
Qaydaya görə, elektron qeydiyyat üçün hökmən təsisçinin elektron imza kartı və kart oxuyucu qurğunun olması tələb olunur. Elektron qeydiyyat zamanı elektron imzadan istifadə bu qurğu vasitəsilə mümkündür. Bütün proses başa çatdıqdan sonra istifadəçi müəssisənin qeydiyyatı barədə bildirişin elektron versiyasını alır.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu addım digər məsələlərlə yanaşı, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə də müsbət təsir göstərəcək.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir