Azərbaycanda «Hüquqi şəxslərin elektron qeydiyyatı Sistemi»nin təqdimatı keçirilib - FOTO
Yeni sistemi təqdim edən Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, hüquqi şəxslərin elektron qeydiyyatına hazırlıq mərhələsində qanunvericiliyə lazımi dəyişikliklər edilib: «Dövlət rüsumu haqqında» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara, eləcə də Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektron qeydiyyat rüsumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiqlənməsi tələb olunmur». Bundan başqa, qeydiyyat zamanı Vergilər Nazirliyinə yanlış məlumatların verilməsinin qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinə belə hallara yol vermiş fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin isə 4 000 manat cərimə olunması barədə maddə əlavə edilib.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev hüquqi şəxslərin elektron qeydiyyatının yerli biznesin inkişafına böyük dəstək verəcəyini bildirib.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) qanunvericilik və siyasət üzrə əlaqələndiricisi Şahid Şükürov yeni sistemin tətbiqini yüksək qiymətləndirərək AmCham-ın Vergilər Nazirliyini ölkədə müasirləşmə işində ən qabaqcıl dövlət orqanı hesab etdiyini bildirib: «Bu işlər təkmilləşmənin həyata keçirilməsinin çətinliyi ilə bağlı bəhanələrin yersiz olduğunu göstərir».
Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberqer elektron qeydiyyatın belə tez tətbiqindən və bu sahədə işlərin sürətlə aparılmasından təəccübləndiyini bildirib: «İnana bilmirdim ki, bu müddətə bütün bu işləri çatdırmaq olar, amma siz buna nail oldunuz». Onun sözlərinə görə, bu işlərin biznesə təsirini statistik rəqəmlər də göstərir: «Belə ki, «bir pəncərə» sistemi tətbiq olunandan sonra iqtisadi fəaliyyət iştirakçılarının sayı 30% artıb, bu isə həm də yeni iş yerlərinin yaradılması deməkdir».
Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov elektron qeydiyyatın şəffaflığın təmini və korrupsiyaya qarşı mübarizəyə ciddi dəstək verəcəyini bildirib: «Elektron xidmətlərin tətbiqi nəticəsində dövlət orqanları üzərinə düşən vəzifələri daha səmərəli icra edir və ölkə vətəndaşları bundan bəhrələnir. Məqsədimiz elektron xidmətlərin digər sahələrdə də tətbiqidir. Xidmətlərin elektronlaşması biznes mühitinin yaxşılaşmasına da kömək edir».
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir