Bank Of Baku

Gəncədə bərk tullantıların idarə olunması ilə bağlı irəli sürülən layihənin müzakirəsi keçirilib

Gəncədə bərk tullantıların idarə olunması ilə bağlı irəli sürülən layihənin müzakirəsi keçirilib
# 07 fevral 2012 15:49 (UTC +04:00)
Gəncə.Ayxan Hüseynov-APA. İqtisadi İnkişaf Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti Alman İnkişaf Bankı ilə birgə tədbir keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə bərk tullantıların idarə olunması ilə bağlı irəli sürülən layihə geniş müzakirə olunub. Layihə İqtisadi İnkişaf Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyəti rəsmilərinin təkilifi ilə almaniyalı mütəxəssislər tərəfindən hazırlanıb və gələcəkdə də həyata keçiriləcək işlər Almaniya İnkişaf Bankı tərəfindən ayrılan kreditlər hesabına baş tutacaq. Layihə 3 mərhələdə reallaşdırılacaq. Birinci mərhələdə layihənin reallaşması üçün texniki-iqtisadi şərait öyrəniləcək. İkinci mərhələdə poliqonun yerləşəcəyi ərazi seçiləcək. Sonuncu mərhələdə isə yeni poliqonun təsis olunması və idarə olunması məsələsi öz həllini tapacaq.
Qeyd edək ki, layihədə Gəncədə tullantıların yığım pinsipi və çeşidlənməsinin yeni qaydalarını hazırlanması, eləcə də, bərk tullantıların emalı üçün zavodun inşası və yeni poliqonun yaradılması nəzərədə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR