Bank Of Baku

“Coca-Cola”nın xalis mənfəəti 27% azalıb

“Coca-Cola”nın xalis mənfəəti 27% azalıb
# 08 fevral 2012 07:54 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın məşhur qazlı içkilər istehsalçısı olan “Coca-Cola” şirkətinin xalis mənfəəti 2011-ci ildə 3 mlrd. dollar (-27%) azalaraq 8,57 mlrd. dollara enib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, bunun əksinə olaraq, gəlirlər 30% artaraq 46,54 mlrd. dollara çatıb.

Şirkətin məhsullarına tələbat yüksək olaraq qalır. Mənfəətin azalmasına səbəb isə restrukturizasiya və xammala çəkilən xərclərin artması olub.

Qeyd edək ki, 1886-cı ildə yaradılan “Coca-Cola” şirkəti dünyanın nəhəng alkoqolsuz içki istehsalçısıdır. Şirkətin məhsulları 200-dən çox ölkədə satılır. Planetdə daha çox “Coca-Cola” brendi məşhur olsa da, şirkət “Fanta”, “Sprite”, “Minute Maid” limonadları, “Burn” enerji içkisi, “BonAqua” mineral suyu kimi 3,5 min adda məhsul da istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR