Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb
# 09 fevral 2012 08:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,4 mlrd. manat məbləğində və ya 2011-ci ilin yanvar ayı ilə müqayisədə 9,4% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 175,5 mln. manatı hüquqi şəxslərin, 639,8 mln. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 545 mln. manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.

Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 845,7 mln. manatı ərzaq məhsullarının, 514,6 mln. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR