Bank Of Baku

Abdolbari Goozal Kuban Dövlət Aqrar Universiteti tərəfindən mükafatlandırılıb - FOTO

Abdolbari Goozal Kuban Dövlət Aqrar Universiteti tərəfindən mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 09 fevral 2012 12:52 (UTC +04:00)
Bakı - APA-Economics. Kuban Dövlət Aqrar Universitetində 8 fevral - Rusiya elm günündə təşkil olunan tədbirdə 2011-ci ilin elmi yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə Krasnodar diyarının vitse-qubernatoru, elmi və ictimai xadimlər, KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə 2011-ci ildə elmi nailiyyətlər əldə etmiş şəxslər müxtəlif nominasiyalar üzrə təltif ediliblər. “Azersun Holding”in İdarə Heyətinin sədri, Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru Abdolbari Goozal “Elm və biznesin effektiv tərəfdaşlığı” nominasiyasında universitet tərəfindən mükafata layiq görülüb.

Daha sonra A.Goozal tələbələrlə görüş keçirib. Tələbə və müəllim heyəti qarşısında oxuduğu mühazirə zamanı o, prezident İlham Əliyevin qeyri-neft sektoruna verdiyi dəstək, ölkə iqtisadiyyatının uğurlu inkişaf modelindən və “Azersun Holding”in fəaliyyətindən bəhs edib. Mühazirənin sonunda universitetin fəxri doktoru A.Goozal tələbələrin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR