Bank Of Baku

Azərbaycan üzümçülüyün inkişafına güzəştli kreditlərin verilməsinə başlayıb

Azərbaycan üzümçülüyün inkişafına güzəştli kreditlərin verilməsinə başlayıb
# 10 fevral 2012 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Salyanda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Salyan və ətraf rayonlardan olan 100-dək sahibkar iştirak edib.

Tədbir çərçivəsində Salyan rayonunda, o cümlədən tədbirin keçirildiyi Qardili kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan üzümçülük təsərrüfatlarının, müasir heyvandarlıq kompleksinin, müasir çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bununla yanaşı, kiçik həcmli üzümçülük təsərrüfatının yaradılması üzrə investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən 2012-ci ildə sahibkarlıq subyektlərinə 200 mln. manat güzəştli kreditin veriləcəyini bildirib, ilin əvvəlindən ötən dövr ərzində sahibkarlıq subyektlərinin 184 investisiya layihəsinin maliyyələşdirilməsinə 30 mln. manat güzəştli kreditin verildiyini, bu layihələrin reallaşması nəticəsində 850-dək yeni iş yerinin yaradılacağını diqqətə çatdırıb.

Ş.Abdullayev onu da qeyd edib ki, «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi istiqamətində SKMF tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılıb və bu il artıq 3 investisiya layihəsi maliyyələşdirilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq subyektinə 7,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 190-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR