® Hasan Yalçınkaya: “3000-ə yaxın ailəni dolandıracaq zavodun tikintisi əngəllənir” - MÜSAHİBƏ
- Hasan bəy, zəhmət olmasa rəhbərlik etdiyiniz “Norm” MMC-nin əsas fəaliyyəti barədə məlumat verərdiniz...
- Azərbaycanın yeni yerli şirkəti olan “Norm” MMC “Qızıldaş Sement” zavodunun tikintisinə başlayıb. “Qızıldaş Sement” zavodu Qafqazda ən böyük sement istehsalçısı olmaqla yanaşı, Xəzər bölgəsində API standartlarına uyğun quyu sementini istehsal edən yeganə sənaye müəssisəsi olacaq və bunun sayəsində Azərbaycan bölgənin neft hasilatçıları üçün sement ixracatçısına çevriləcək. Son üç il ərzində on min hektar ərazidə geoloji axtarış, təxminən min hektar sahədə isə qazıntı yolu ilə geoloji-kəşfiyyat işləri aparılıb, iki minə yaxın xammal nümunəsi ölkənin müxtəlif regionlarından toplanaraq Almaniyanın, Fransanın, Hindistanın, ÇXR və Türkiyənin ixtisaslaşdırılmış laboratoriyalarında sınaqdan keçirilib. “Qızıldaş Sement” zavodunun tikintisi və xammal təchizatı üçün tələb olunan ərazilər “Norm” MMC tərəfindən müəyyən edilərək icarəyə götürülüb. Ötən üç il ərzində geniş miqyaslı hazırlıq işləri həyata keçirilib, zəruri topoqrafiya işləri aparılıb, xammal ehtiyatları hesablanmış, habelə zavodun konsepsiyası işlənib hazırlayıb. Qeyd edək ki, zavodun əsas texnoloji avadanlıqları Almaniyanın və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz ediləcək. Bakının Qaradağ rayonunda inşa edilməkdə olan “Qızıldaş Sement” zavodu ildə iki milyon ton sement istehsal edəcək.
- Şirkətinizdə təxminən nə qədər işçinin çalışmasını planlaşdırırsınız və gerçəkləşdirmək istədiyiniz başqa layihələriniz varmı?
- Bu layihə yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər fəaliyyət göstərəcək. Bundan əlavə, istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyər zəncirindən bəhrələnəcək ki, bu da 3000-ə yaxın ailəni gəlirlə təmin edəcək. Şirkətimizi işçi qüvvəsilə təmin etmək məqsədilə zavodun yerləşdiyi əraziyə qonşu qəsəbələrdə fəaliyyət göstərən peşə məktəblərində sement istehsalı ilə əlaqədar müvafiq hazırlıq kursları və maddi texniki bazanın yaradılması da planlarımızdadır.
“Qızıldaş Sement” layihəsi sıfırdan qurulduğundan ərazilərdə əsaslı infrastruktur yaradılacaq; hal-hazırda yarımsəhra tipli torpaqlarda yaşıllaşdırma, abadlaşdırma işləri aparılacaq; müxtəlif yardımçı kommunikasiyaların çəkilməsi ətrafdakı yaşayış məntəqələrinə də xidmət etməklə əhalinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.
Zavodun fəaliyyətinin ilk on ili ərzində Azərbaycan büdcəsinə təxminən 200 milyon manat vergi ödənəcək. Azərbaycanda istehsal edilən sementin və hazır betonun keyfiyyəti daha da yüksələcək.
- İlk istehsala başlamağı nə vaxta planlaşdırırsınız?
- Zavodun 2013-cü ilin sonunda istismara verilməsi nəzərdə tutulub. Lakin çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, işimizin nəzərdə tutulan qrafik üzrə getməsini əngəlləyən bir sıra amillər də var. Əgər bu əngəllər olmasa, zavod planlaşdırılan zamanda işə başlaya biləcək.
- Deyə bilərsinizmi bu əngəllər nədən ibarətdir?
- Biz xammal əldə etmək üçün Qaradağ rayonu ərazisindəki “Karvansaray” adlanan yatağı icarəyə götürmüşük. Həmin yatağı istismar etmək üçün hazırlıq işlərinin aparılmasına ehtiyac var. Lakin bir sıra şəxslər baş nazirin və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamları əsasında bizə ayrılmış ərazini qeyri-qanuni tutaraq istismar edirlər. Həmin şəxslərə sözügedən ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə bizim şirkətə verildiyini və ərazini qeyd-şərtsiz tərk etməli olduqlarını bildirsək də, təəssüf ki, bütün müraciətlərimizi qulaqardına vururlar və ölkəmizin iqtisadi qüdrətinin artırılmasında əhəmiyyətli rol oynayacaq bir layihənin gerçəkləşməsini ləngidirlər.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir