Bank Of Baku

Bu həftə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Bu həftə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
# 14 fevral 2012 07:22 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forumun təşkilatçıları Azərbaycan tərəfindən Azpromo, Türkiyə tərəfindən TOBB təşkilatı, Gürcüstan tərəfindən isə «Invest in Georgia» Milli İnvestisiya Agentliyidir.

Biznes-forumda hər üç tərəfdən kənd təsərrüfatı (kənd təsərrüfatı məhsullarının becərilməsi, saxlanılması, emalı və daşınması), tikinti, turizm, tekstil, energetika, daşınmaz əmlak və əczaçılıq sahələrində fəaliyyət göstərən şirkətlərin iştirakı nəzərdə tutulur.

Tədbirə Türkiyə və Gürcüstan tərəfdən 200-ə yaxın iş adamının qatılacağı gözlənilir. Biznes-forumda iş adamları arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR