Bank Of Baku

SKMF Salyan rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Salyan rayonunda investisiya layihələrinin qəbuluna başlayıb
# 14 fevral 2012 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin və müasir çörək istehsalı müəssisəsinin yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR