Bank Of Baku

Azərbaycanda sahibkarlar üçün yeni internet portal yaradılıb

Azərbaycanda sahibkarlar üçün yeni internet portal yaradılıb
# 16 fevral 2012 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə kiçik və orta müəssisələr üçün yaradılan internet portalın təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, www.biznesinfo.az portalı IFC-nin İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi çərçivəsində yaradılıb.

İnformasiya biznes internet portalı Azərbaycanda sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta müəssisələr üçün yaradılıb. Portalın məqsədi özəl sektorun maarifləndirilməsi, müəssisələr arasında işgüzar əlaqələrin qurulmasına yeni imkanların yaradılması və KOM-ların məhsulları və fəaliyyətləri barədə məlumatların yayımlanmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR