Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib - FOTOSESSİYA
Sonra Türkiyə Palatalar və Birjalar Birliyinin (Türkiye Odalar ve Borsalar Birliyi – TOBB), “İnvest in Georgia” (Gürcüstan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Gürcüstan, Azərbaycan və Türkiyənin 200-dən çox iş adamının iştirak etdiyi biznes-forum başlayıb. Tədbiri AZPROMO-nun prezidenti Adil Məmmədov açıb. Forumda TOBB prezidenti Rıfat Hisarcıklıoğlu, Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Vera Kobaliya, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan çıxış ediblər.
Ş. Mustafayev Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlığa çevrildiyini bildirib: “Mən bu üçtərəfli forumu yüksək qiymətləndirir və qeyd edirəm ki, bu tədbir ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsində növbəti addım olacaq. Yeri gəlmişkən, bildirim ki, bu təşəbbüsün sahibi Azərbaycan prezidenti İlham Əliyevdir”.
Ş. Mustafayev hər üç ölkənin hazırda Bakı-Tiflis-Qars layihəsini icra etdiyini xatırladıb: “Bakı-Tiflis-Qars bizim üçün önəmli və iqtisadi baxımdan çox səmərəli bir layihədir. Biz yekunda çox sevindirici nəticələr gözləyirik. Gözləyirik ki, bu dəmir yolu Qarsdan Naxçıvana da çəkiləcək və beləliklə, Azərbaycanın Naxçıvanla dəmiryolu əlaqəsi bərpa olunacaq. ”AGRİ” layihəsini biz Gürcüstan və digər tərəfdaşlarımızla birlikdə həyata keçirməyə çalışırıq. Mən Gürcüstanda ARDNŞ-in xüsusi fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət Gürcüstanda qazpaylayıcı şəbəkələr yaradıb və 94 yanacaqdoldurma məntəqəsi istifadəyə verib. Bizim Türkiyə ilə də energetika sayəsində əməkdaşlığımız genişlənir. Bu, ARDNŞ-in fəaliyyəti ilə bağlıdır. Keçən il İzmir neft emalı zavodunun təməli qoyuldu. İndi Trans-Anadolu qaz kəməri və İzmirdə elektrik stansiyasının tikintisi üzərində işləyirik. Azərbaycan şirkətləri Gürcüstana son beş ildə 800 milyon dollar sərmayə yatırıb. Ölkədə Azərbaycanın 272 şirkəti qeydiyyatdan keçib və onlar Gürcüstanda 7 min iş yeri yaradıblar. Azərbaycan Gürcüstanla bilikdə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan Orta Asiyanın enerji resurslarını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya ixrac edir. Bugünkü görüşlər və sahibkarların iştirakı ölkələrimizin potensialının reallaşdırılmasına xidmət edəcək”.
Tədbirdə iş adamlarının iştirakı ilə kənd təsərrüfatı, tikinti, turizm, tekstil, enerji, əmlak və əczaçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Qərara alınıb ki, ikinci görüş ya Azərbaycan, ya da Türkiyədə (Qars şəhərində) keçirilsin.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir