Bank Of Baku

Şahin Mustafayev: “Azərbaycan Türkiyəyə 4,5 milyard dollar sərmayə yatırıb” - FOTO

Şahin Mustafayev: “Azərbaycan Türkiyəyə 4,5 milyard dollar sərmayə yatırıb” - <font color=red>FOTO</font>
# 16 fevral 2012 13:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. “Azərbaycan Türkiyəyə 4,5 milyard dollar sərmayə yatırıb. Bu miqdar gələcəkdə 7 milyarddan çox ola bilər“. “APA-Economics”in Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycanın iqtisadi inkişaf nazir Şahin Mustafayev Tiflisdə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda Türkiyənin iqtisadiyyat naziri Zəfər Cağlayanla görüşündə deyib. O bildirib ki, Azərbaycan şirkətlərinin maliyyə imkanları ilbəil artır: “Sərmayələrin artması ölkələrimiz arasında münasibətlərin yüksək göstəricisidir. Biznes və iqtisadiyyat sahəsində səmərəli müzakirələr və hər üç ölkənin bir araya gəlməsi çox vacibdir. Bu, ilk üçtərəfli biznes-forumdur. İkinci görüş Azərbaycanda olmalıdır”.

Zəfər Cağlayan isə forumu “Üç dəniz layihəsi” adlandırıb: “Biz Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan layihələrində olduğu kimi, son dərəcə önəmli olan layihələr vasitəsilə ölkələrimizi birləşdirəcəyik. Xəzər dənizindən Qara dənizə və sonra Aralıq dənizinə tərəf layihələrimiz uzanacaq. Biz bu görüşdə dünyaya mesaj göndəririk. Bizim ölkəmiz sizin ölkənizdir, bizim aramızda dəvət məsələsi olmamalıdır. İnanıram ki, aramızda olan bu görüşlər həmişə davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR