Bank Of Baku

Azərbaycanda son 3 ildə 241 minə yaxın yeni iş yerləri açılıb

Azərbaycanda son 3 ildə 241 minə yaxın yeni iş yerləri açılıb
# 18 fevral 2012 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycanda 94,1 min yeni, o cümlədən 72,4 min daimi iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-cu il yanvarın 1-dən 2012-ci il yanvarın 1-nə kimi olan dövrdə isə 240,7 min yeni, o cümlədən 179,6 min daimi iş yerləri yaradılıb: «Ötən il ərzində açılmış daimi iş yerlərinin 10,5%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 12,7%-i mövcud müəssisə və təşkilatlarda, 0,4%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,4%-i isə fiziki şəxslər tərəfindən yaradılıb».

Yeni iş yerlərinin 70,1%-i regionların, o cümlədən 19,7%-i Aran, 14,8%-i Gəncə-Qazax, 6%-i Lənkəran, hər birində 5,5% olmaqla Şəki-Zaqatala və Abşeron, 5,4%-i Quba-Xaçmaz, 4,1%-i Yuxarı Qarabağ, 3,9%-i Naxçıvan, 3,7%-i Dağlıq Şirvan, 1,5%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

«Ötən il ərzində açılmış yeni iş yerlərinin 96,3%-i özəl sektorda, daimi iş yerlərindən isə 5,2%-i tikinti, 4,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 3,3%-i emal sənayesi, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisələrdə yaradılıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR