Bank Of Baku

Türkiyədə yaradılan İran investisiyalı şirkətlərin sayı kəskin artıb

Türkiyədə yaradılan İran investisiyalı şirkətlərin sayı kəskin artıb
# 20 fevral 2012 10:30 (UTC +04:00)
APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, 556 yerli şirkətə beynəlxalq investisiya yatırılıb, 3 278 beynəlxalq investisiyalı şirkət qurulub.

Bu şirkətlərin əksəriyyəti topdan və pərakəndə ticarət, daşınmaz əmlak kirayəsi, informasiya mübadiləsi, depo və s. sahələrdə fəaliyyət göstərir. Onların çoxu isə İran sərmayəsi ilə qurulub.

Bir il əvvəl Türkiyədə yaradılan İran investisiyalı şirkətlərin sayı 418 olubsa, 2011-ci ildə bu göstərici 41% artaraq 590-a çatıb. Bununla da Türkiyədə fəaliyyət göstərən İran investisiyalı şirkətlərin sayı 2 140-a çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR