Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 21 fevral 2012 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik və ya orta həcmli intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin, müasir soyuducu anbar kompleksinin yaradılması və qədim xalq sənətkarlığının inkişafı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR