Bank Of Baku

Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə 372 min manat güzəştli kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə 372 min manat güzəştli kredit verilib
# 22 fevral 2012 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini bu gün Xəzər rayonunun Zirə qəsəbəsində keçirib.

APA-Economics”in xəbərinə görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi fondun vəsaitləri hesabına maliyyələşdirilmiş Zirə qəsəbəsində müasir istixana kompleksinin fəaliyyətinə və başqa bir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Tədbirdə Xəzər rayonunun, o cümlədən Zirə qəsəbəsinin potensialına uyğun olaraq maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli müasir istixana və zeytunçuluq təsərrüfatlarının, çörək istehsalı müəssisələrinin, müasir zeytun emalı fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlət güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, bu ilin əvvəlindən fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 257 investisiya layihəsinin 30,9 mln. manat, o cümlədən respublikanın regionları üzrə 227 investisiya layihəsinin maliyyələşdirilməsinə 26,1 mln. manat və Bakı qəsəbələri üzrə 30 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 mln. manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 1000-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə 372 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR