Bank Of Baku

Haqsız rəqabətə yol verən şirkət 2 min manat cərimələnib

Haqsız rəqabətə yol verən şirkət 2 min manat cərimələnib
# 22 fevral 2012 12:48 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Birlik” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halı müəyyən olunub.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, bununla əlaqədar həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Birlik” MMC-yə 2 min manat maliyyə sanksiyası tətbiq edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR