Bank Of Baku

Beyləqanda istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Beyləqanda istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib
# 24 fevral 2012 11:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda növbəti tədbir fevralın 24-də Beyləqan rayonunda keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Beyləqan rayon İcra Hakimiyyəti, ictimai təşkilatların nümayəndələri və 450-yə yaxın istehlakçı iştirak edib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev bildirib ki, hazırda əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının genişləndirilməsinə şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir.

Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1 287,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR