Bank Of Baku

«Azərsun Holdinq» Xocalı soyqırımının ildönümünü qeyd edir - FOTO

«Azərsun Holdinq» Xocalı soyqırımının ildönümünü qeyd edir - <font color=red>FOTO</font>
# 25 fevral 2012 13:06 (UTC +04:00)
Bakı – APA. «Azərsun Holdinq»in Bakıda yrləşən Mədəniyyət Mərkəzində Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə birgə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Xocalıdan olan, faciəni yaşamış insanlar, məcburi köçkünlər, holdinq əməkdaşları ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər. «Qarabağ» futbol klubunun yeniyetmələrdən ibarət komandası da anım tədbirinə qatılıb.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı qısametrajlı film, sonra isə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanan «Xocalı» adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə holdinqin İdarə Heyətinin sədri Abdolbari Goozal, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şair Şirzad Qənbərov çıxış ediblər.

Bu gün isə holdinqin İdarə Heyətinin sədri A.Goozal başda olmaqla holdinqin kollektivi «Ana Harayı» abidəsini ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR