Bank Of Baku

Dünyanın ən zəngin adamı Türkiyəyə sərmayə qoymağa hazırlaşır

Dünyanın ən zəngin adamı Türkiyəyə sərmayə qoymağa hazırlaşır
# 27 fevral 2012 11:37 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən zəngin adamı, meksikalı milyarder Karlos Slim Türkiyəyə sərmayə qoymağa hazırlaşır. “APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) başqanı Rifat Hisarcıklıoğlu bildirib.

Türkiyə-Meksika İş Şurasının iclasında iştirak etmək üçün Mexiko Sitiyə səfər edən R.Hisarcıklıoğlu burada K.Slimlə görüşüb. Onun sözlərinə görə, 70 mlrd. dollarlıq sərvəti ilə planetin ən varlı sakini olan K.Slim Türkiyənin telekommunikasiya sektoru ilə maraqlanıb: “O, Türkiyəni “parlayan bir ulduz” adlandıraraq, digər cəlbedici sahələrə investisiya qoymaq fikrində olduğunu söylədi”.

Görüş əsnasında TOBB başqanı K.Slimi Türkiyəyə dəvət edib: “Güman edirik ki, yay aylarında onun Türkiyəyə səfəri gerçəkləşəcək. Onu baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşdürmək fikrimiz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR