Bank Of Baku

Tələbələr üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib

Tələbələr üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib
# 02 mart 2012 14:14 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İİN-in Bakı Biznes Tədris Mərkəzinin və Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının müəllim və tələbələri iştirak ediblər.

Treninqlərin keçirilməsində məqsəd gəncləri biznes ideyanın yaradılması və biznesin təşkili sahəsində məlumatlandırılması, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, eləcə də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir. İki gün davam edən treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Treninq iştirakçılarına həmçinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR