Bank Of Baku

Vergilər Nazirliyi külli miqdarda holoqramsız disklər aşkar edib

Vergilər Nazirliyi külli miqdarda holoqramsız disklər aşkar edib
# 02 mart 2012 15:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən Bakı şəhərinin bir sıra audio disk satışı obyektlərində apardığı səyyar vergi yoxlamaları nəticəsində çoxsaylı qanunsuz disklər aşkarlanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan vergi yoxlamaları nəticəsində Sadıxov Elşad Məmməd oğluna məxsus, Nəsimi rayonu, Xətai prospekti 2, mənzil 2, Abdinova Suğra Akif qızına məxsus, Yasamal rayonu, Xaqan Dadaşov ev 221, Rəhimov Hafiz Rəhim oğluna məxsus Nəsimi rayonu Süleyman Rəhimov ev 197, mənzil 18, Bayramov Aslan Tofiq oğluna məxsus, Nizami rayonu R.Rüstəmov 44D və Nərimanov rayonu A.Nemətulla 49Q ünvanlarında yerləşən audio disk satışı obyektlərində mənşəyi və istehsal yeri məlum olmayan ümumilikdə 247 704 ədəd CD və DVD diskləri aşkar olunub, onların 146 621 ədədinin holoqramsız olduğu müəyyən edilib.

Aşkar edilmiş ümumi dəyəri 202 802 manat olan holoqramsız CD və DVD satışdan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR