Bank Of Baku

Avropa Birliyi şirkətlərin Direktorlar Şurasında qadınların sayının artırılmasını tələb edir

Avropa Birliyi şirkətlərin Direktorlar Şurasında qadınların sayının artırılmasını tələb edir
# 06 mart 2012 10:24 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) şirkətlərin Direktorlar Şurasında qadınların sayının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyi təklif edir.

APA-Economics”in “The Daily Mail”ə istinadən xəbərinə görə, qanunvericilik təşəbbüsü ilə AB-nin ədliyyə komissarı xanım Vivian Reddinq çıxış edib.

Onun sözlərinə görə, radikal tədbirlər görülməsə, kişi və qadınların bərabər hüquqlu olması üçün daha 40 il tələb olunacaq.

“Hazırda nəhəng şirkətlərin Direktorlar Şurasında qadınların sayı cəmi 12%-dir. Mma onların verdiyi nəticələr sevindiricidir” - deyə Vivian Reddinq bildirib. Onun fikrincə, 2015-ci ildə Avropa şirkətlərinin Direktorlar Şurasında qadınların sayı 30%, 2020-ci ildə 40% olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR