Bank Of Baku

Karlos Slim növbəti dəfə dünya milyarderlərinin reytinqinə başçılıq edir

Karlos Slim növbəti dəfə dünya milyarderlərinin reytinqinə başçılıq edir
# 06 mart 2012 11:32 (UTC +04:00)
Bakı - APA-Economics. “Bloomberg” agentliyi dünyanın ən varlı 20 adamının siyahısını açıqlayıb.

APA-Economics”in xəbərinə görə, siyahıya 68,5 mlrd. dollarlıq varidatı ilə meksikalı biznesmen Karlos Slim başçılıq edir.

“Microsoft” korporasiyasının banisi Bill Geyts ikinci yerdədir - 62,4 mlrd. dollar. İlki üçlüyü “Berkshire Hathaway” şirkətinin rəhbəri, sərmayəçi Uorren Baffet (ABŞ) 43,8 mlrd. dollarlıq sərvətlə tamamlayır.

IKEA mebel mağazaları şəbəkəsinin qurucusu İnqvar Kamprad 42,5 mlrd. dollarla dördüncü, fransalı sahibkar Bernar Arno 42,3 mlrd. dollarla beşinci pillədə dayanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR