Bank Of Baku

Lənkəran və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib

Lənkəran və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib
# 06 mart 2012 15:12 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə İİN-in Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin əməkdaşları, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən gənclər iştirak edib.

Treninqlərdə biznes mühiti, biznes ideyasının yaradılması, biznes-planların işlənib hazırlanması, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, treninq iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarların maarifləndirilməsi istiqamətində Bakı Biznes Tədris Mərkəzinin daha bir tədbiri Ağstafada keçirilib. “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda keçirilən treninqdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib.

Seminarda risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik bazası və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR