Bank Of Baku

Dünyanın ən varlı 20 adamı bir gündə 11 mlrd. dollar itirib

Dünyanın ən varlı 20 adamı bir gündə 11 mlrd. dollar itirib
# 07 mart 2012 08:52 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən varlı 20 adamı bir gün ərzində dünya fond birjalarında 11,3 mlrd. dollar itirib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, buna Avropada iqtisadi artımın azalması barədə məlumatlar və Yunanıstanın dövlət borcunun restrukturizasiyasının uğur qazanacağına investorların şübhə etməsi səbəb olub.

Məşhur amerikalı investor Uorren Baffetn sərvəti bir gündə 407,3 mln. azalaraq 43,9 mlrd. dollara enib.

Dünya polad sənayesinin lideri olan “ArcelorMittal” şirkətinin rəhbəri Lakşmi Mittal 918 mln. dollar itirməklə “20-lik”dən çıxıb. Hazırda onun varidatı 22,3 mlrd. dollar təşkil edir.

“Microsoft”un banisi Bill Geytsin bir gündə itirdiklərinin həcmi 805,4 mln. dollar olub və sərvəti 61,3 mlrd. dollara qədər azalıb.

“Google”un baniləri Sergey Brin və Larri Peyc birlikdə 560 mln. dollar itiriblər, korporasiyanın səhmləri isə 1,5% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR