Zərdabda 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.
Tədbir çərçivəsində Zərdab rayonunun, o cümlədən tədbirin keçirildiyi Şıxbağı kəndinin iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan pambıqçılıq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının, kiçik və orta həcmli meyvə-tərəvəz emalı və müasir çörək istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Aran iqtisadi rayonunda, o cümlədən Zərdab rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, SKMF tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 301 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,9 mln. manat, o cümlədən respublikanın regionları üzrə 267 investisiya layihəsinin maliyyələşdirilməsinə 35,1 mln. manat və Bakı qəsəbələri üzrə 34 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1 230-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
Ş.Abdullayev onu da bildirib ki, «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və «Pambıqçılıq haqqında Qanun»a uyğun olaraq aqrar sektorun, o cümlədən pambıqçılığın inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir. SKMF-ın vəsaitləri hesabına son 3 ildə pambıqçılığın inkişafı ilə bağlı 41 sahibkara 421,5 min manat güzəştli kredit verilib. Bu layihələr hesabına 130-dan çox yeni iş yeri yaradılıb: «Ölkəmizdə «xammaldan son məhsuladək» prinsipinə əsaslanan emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Müasir texnologiyaların tətbiqi ilə Sumqayıtda illik gücü 6,5 mln. metr parça istehsalı və 10 min ton parça boyama gücü olan yüngül sənaye məhsullarının istehsalı fabrikləri də bu qəbildəndir. Müəssisənin yaradılması üçün Fond tərəfindən 10 mln. manat güzəştli kredit verilib. Hazırda müəssisədə tikinti-quraşdırma işləri davam etdirilir».
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit vəsaiti verilib ki, bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlıq
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
Xəbər Lenti
Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub
Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
Sertifikasiya üzrə test imtahanının beşinci günündə 6500-ə yaxın müəllim iştirak edib
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
"Chevrolet Cobalt" Şuşa şəhərciyində xuliqanlıq zəminində tərk edilib, sahibi müəyyən olunub
ÜST: Ebola epidemiyası ilə mübarizə səyləri xəstəliyin yayılma sürətindən geri qalır
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb - YENİLƏNİB
“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib
Krasnodarda helikopter qəzaya uğrayıb
İranlı deputat Körfəz ölkələrini ittiham edib, Yəmən rəsmisi isə ölkəsindəki humanitar böhrana görə Tehranı günahlandırıb
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
CENTCOM: Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürülüb
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib: Paris köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Belarusda Ukrayna ilə gərginlik fonunda səfərbərlik təlimləri keçirilir
Qalibaf: Tehran müharibə dövründə dostunu və düşmənini tanıyıb, Azərbaycan İranın yanında olub
ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir
Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
Prezident İlham Əliyev Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib - FOTO
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Neftçalada DOST filialı fəaliyyətə başlayıb
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib
AFP: Səudiyyə Ərəbistanında İran və Körfəz ölkələri arasında danışıqlar nəzərdə tutulur
Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
ADY: Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib - FOTO
Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək üçün Polşaya gedib
“Reuters”: Vaşinqtonda Livan ərazilərinin qaytarılması ilə bağlı pilot layihə müzakirə edilir
Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb
FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
“Biləcəri” və “Park Xırdalan” layihələrində yeni mənzil sahibi olmaq üçün fürsət - İlkin ödəniş 16 400 AZN-dən başlayaraq!
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
Hamburqda AZAL üçün ilk A321neo təyyarəsinin təhvilvermə mərasimi keçirilib- FOTO
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək