Bank Of Baku

Bakıda fəaliyyət göstərən iki şirniyyat sexində anti-sanitariya faktları aşkarlanıb - FOTO

Bakıda fəaliyyət göstərən iki şirniyyat sexində anti-sanitariya faktları aşkarlanıb - <font color=red>FOTO</font>
# 07 mart 2012 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Bakıda fəaliyyət göstərən şirniyyat sexlərində növbəti reyd keçirib.

«APA-Economics»in məlumatına görə, reyd zamanı Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində yerləşən fiziki şəxs Rafiq Alışoğluna məxsus «Xəzər» əmtəə nişanlı şirniyyat sexində şirniyyatların müvafiq standartlara uyğun olmayan və natəmiz şəraitdə hazırlanması faktı aşkarlanıb. Sexdə şirniyyatların anti-sanitar qaydada, o cümlədən şirniyyatın hazırlanması üçün müxtəlif qatqıların kustar üsulla hazırlanması, bişirmə sobasından çıxan məhsulların birbaşa qəzetlərin üzərinə qoyulması, həmçinin məhsulların istehsal tarixinin saxtalaşdırılması faktları qeydə alınıb.

Komitə əməkdaşlarının apardığı yoxlama zamanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivində yerləşən fiziki şəxs Zakir Rzaquliyevə məxsus «Nuş olsun» əmtəə nişanlı şirniyyat sexində də məhsulların anti-sanitariya şəraitində istehsalı faktları aşkarlanıb.

Komitənin Dövlət Nəzarəti İdarəsinin əməkdaşı Zaur Kərimovun sözlərinə görə, bu yoxlama zamanı sexlərdə qeydə alınan anti-sanitar şəraitlə bağlı komitə tərəfindən ciddi ölçü götürüləcək: «Gördüyünüz kimi yoxlama zamanı bu sexlərdə şirniyyatların anti-sanitar şəraitdə hazırlanması ilə yanaşı, məhsullarının istehsal tarixinin də saxtalaşdırılması faktları aşkar olunub. Bütün bu kimi sübutlar tərəfimizdən qeydə alınıb və növbəti mərhələdə bu sexlə bağlı ciddi tədbirlər görüləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR