Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb
# 09 mart 2012 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2,6 mlrd. manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 337,4 mln. manatı hüquqi şəxslərin, 1,2 mlrd. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 1,1 mlrd. manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.

«Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 59,9%-i ərzaq məhsullarının, 40,1%-i isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR