Bank Of Baku

Goranboyda «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda seminar keçirilib

Goranboyda «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda seminar keçirilib
# 10 mart 2012 15:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Goranboyda sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda seminar keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 25-dən çox sahibkar iştirak edib.
«Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzusunda təqdimatın keçirildiyi tədbirdə bu sahədə qanunvericilik, eləcə də ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri və s. barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR