Bank Of Baku

Tiflisdə “Gürcüstanda biznesi necə inkişaf etdirməli?” mövzusunda konfrans keçirilir

Tiflisdə “Gürcüstanda biznesi necə inkişaf etdirməli?” mövzusunda konfrans keçirilir
# 14 mart 2012 13:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə ABŞ-ın Gürcüstandakı səfirliyinin və ABŞ Kommersiya Departamentinin (AKD) təşkilatçılığı ilə “Gürcüstanda biznesi necə inkişaf etdirməli?” mövzusunda ikigünlük konfrans başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə Gürcüstan tərəfdən 30 nəfər biznes rəhbəri qatılıb.
Konfransı ABŞ-ın Gürcüstandakı səfirinin müavini Britsit Brink açıb. Sonra AKD-nın rəsmilərindən Avrasiya, Ukrayna və Rusiya üzrə baş müşavir Denika Starks, “Sabbit” proqramının idarəedici direktoru Taner Conson, Amerika Ticarət Palatasının prezidenti Devid Li, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirinin müavini Mixeil Canelidze çıxış edərək, ABŞ-Gürcüstan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi aspektlərindən və hər iki ölkənin həm siyasi, həm iqtisadi sahədə biznesin möhkəmləndirilməsinin perspektivlərindən, Gürcüstanda fəaliyyət göstərən iş adamlarının amerikalı tərəfdaşları ilə necə işləməsindən söhbət açıblar.
Konfransın birinci günü iş adamları təcrübə mübadiləsi barədə dialoq şəklində görüş keçiriblər.
ABŞ-ın Gürcüstandakı səfirliyindən APA-ya bildirilib ki, belə bir mövzuda konfrans Azərbaycanda da keçirilə bilər. “ABŞ-ın Kommersiya Departamenti çalışır ki, Cənubi Qafqazda, o cümlədən Avrasiya, Ukrayna və Rusiyada biznes strukturları ilə yaranan əlaqələr daha da möhkəmləndirilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR