Bank Of Baku

Şəkidə «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda seminar keçirilib

Şəkidə «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda seminar keçirilib
# 15 mart 2012 12:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak edib.

Tədbirdə «Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbir zamanı həmçinin İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR