Azərbaycanda biznesin idarə olunması sahəsində Almaniya-Azərbaycan ikitərəfli Proqramının icrasına dair seminar keçirilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin, Almaniyanın GİZ təşkilatının nümayəndələri, beynəlxalq ekspertlər, eləcə də 2012-ci ilin iyun-iyul aylarında «İqtisadi kooperasiya» üzrə Almaniyada ixtisasartırma kursunu keçmək üçün müsabiqəyə sənəd təqdim etmiş, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox sahibkar və menecer iştirak edib.
Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov maarifləndirmə tədbirlərinin sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində rolundan bəhs edib, Almaniyada təşkil edilmiş ixtisasartırma kurslarının əhəmiyyəti barədə məlumat verib, bu proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın GİZ təşkilatının layihələr üzrə rəhbəri Ronald Şults və beynəlxalq ekspert Vladislav Belov, «Baden Vüttenberq İxrac Akademiyası» Tədris Mərkəzinin nümayəndəsi Gabriel Bise çıxışlarında «Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı» və ixtisasartırma kursunun uğurlu nəticəsi barədə məlumat veriblər və bildiriblər ki, proqramım fəaliyyət müddəti ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 88 nəfər sahibkar və gənc menecerlər Almaniyanın Karl Duysberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində tədris, Berlin, Bonn və s. şəhərlərində müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçib. Bakı Biznes Tədris Mərkəzi zəruri peşəkarlığa və xarici dil qabiliyyətinə malik namizədlərin seçilməsi işini təşkil edib, uyğun gələn namizədlərin və regionlar üzrə özəl sektor nümayəndələrinin proqramda iştirakını təmin edib. Kurs müddətində menecerlər Almaniyada ixtisaslaşdırılmış məşğələ və praktiki treninqlərlə müşayiət olunan müxtəlif məzmunlu təcrübə keçmək məqsədilə müəssisələrə səfərlər də edib. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb, biznes müqavilələri imzalanıb.
Sonra 2012-ci ilin iyun-iyul aylarında Almaniyada 1 ay müddətində «İqtisadi kooperasiya» ixtisasartırma kursunu keçmək üçün sənədlərini təqdim etmiş namizədlər arasında müsabiqə başlayıb.
Almaniyanın GİZ təşkilatının layihələr üzrə rəhbəri Ronald Şults və beynəlxalq eksperti V.Belov, «Baden Vüttenberq İxrac Akademiyası» Tədris Mərkəzinin nümayəndəsi G.Bise tərəfindən keçirilən müsabiqə martın 16-dək davam edəcək. Müsabiqədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 73 nəfər sahibkar və menecerlər iştirak edir.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb